ABŞ artıq Bəşər Əsədin hakimiyyətini devirmək istəmir

Bəşər Əsədin hakimiyyətinin devrilməsi artıq Amerika siyasətinin əsas məqsədi deyil. 

Xudaferin.eu BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi bəyan edib. 

Nikki Heylinin sözlərinə görə, Barak Obama Əsədin prezident postundan uzaqlaşdırmağa çalışdığı halda, Donald Trampın hakimiyyəti dövründə suriyalıların həyatının yaxşılığa doğru dəyişdirmək siyasəti həyata keçiriləcək. 

Analitiklərin fikrincə, Əsədin Suriyada mövqeyi bir müddət zəifləsə də, indi o daha əmin görünür, belə ki, Rusiya tərəfindən hərbi sahədə dəstəklə təmin edilib.

Xudaferin.eu

17:50