AAK -dan “Artsax Frut”un məhsulları ilə bağlı - MÜRACİƏT, FOTO

Avropa Azərbaycanlıları Konqresi 30.01.2020 ci il tarixində Niderlandın Xarici İşlər Nazirliyinə və Niderland Vergilər və Gömrük admistrasiyasına Amsterdamda Nikeri küçəsi 27 ünvanında yerləşən Mini Mix supermarketdə qaçaqmalçılıq yolu ilə  Niderlanda gətirilən Artsax Frut" məhsullarının qanunsuz satışının dayandırılması üçün muraciət məktubu ünvanlayıb.

Müraciətdə deyilir: 

"Sizə Amsterdamda Nikeri küçəsi 27 ünvanında yerləşən  və qaçaqmalçılıq yolu ilə Niderlanda gətirilən Dağlıq Qarabağda istehsal olunan "Artsax Frut" məhsullarının qanunsuz satışını həyata keçirən Mini Mix supermarket barədə məlumat vermək istərdik. 

Bildiyiniz kimi Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır və Ermənistan qondarma "Artsax Respublikası" yaradıb.
 

Beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır.

"Artsakh Frut" un qondarma "Artsax Respublikası" ndan Niderland Krallığına ixracı beynəlxalq hüquqa ziddir.

Artsax rəsmi ölkə olmadığı üçün Niderland Krallığına qaçaqmalçılıq yolu ilə gəritilən "Artsax Frut" adlı  mallar gömrük nəzarətinə, vergiyə cəlb edilmədiyi üçün qaçaqmal hesab olunur.

Niderlandda siyasi kampaniya və qaçaqmalçılıqla məşğul olan "Artsax Frut" -un satışını dayandırmağı  və bu malların Avropaya necə gəldiyini müəyyənləşdirməyimizi xahiş edirik".

Azerbaycanin Haagadaki sefirliyi AAK terefinden melumatlandirilib ve onlar da oz tereflerinden tedbir görürlər.

xudaferin.eu

21:53