“800 MİN İNSANI QƏTLƏ YETİRDİK, PARDON” - Katolik lider üzr istədi

 

Qondarma “erməni soyqırımı”nı tanıyan cani Vatikan özünün soyqırımı törətdiyini etiraf etdi – keşişlər və onların dəstəklədikləri qüvvələr hətta kilsələrə sığınanları da amansızcasına qətlə yetirirmişlər

Roma papası Fransisk 1994-cü ildə Ruandada Vatikanın fitnəsi ilə törədilmiş genosid zamanı “Kilsənin və onun üzvlərinin” “günahları və xətalarına görə” üzr istəyib. BBC və Azadlıq radioları xəbər verir ki, martın 20-də Ruanda prezidenti Pol Kaqame ilə görüşdən sonra keşiş bəyan edib ki, zorakılıq Roma katolik kilsəsinin “simasını korlayıb” və onun üzr diləməsinin bu Afrika ölkəsində sülhün möhkəmlənməsinə xidmət edəcəyinə ümid bəsləyir. Vatikan papası bu bəyanatında etiraf edib ki, bəzi katolik keşişlər və rahiblər “öz yevangelist missiyalarına xəyanət edərək nifrət və zorakılığa düçar olublar” və genosiddə iştirak ediblər.

1994-cü ildə əsasən tutsi xalqının nümayəndələrindən olan 800 min nəfər hutu qəbiləsindən olan ekstremistlərin əlindən həlak olublar. Soyqırımı 1994-cü il aprelin 6-da Ruanda prezidenti Juvenal Qabyarimananın içərisində olduğu təyyarənin ölkənin paytaxtı Kiqaliyə yaxınlaşarkən vurulmasından sonra başlayıb. Bəzi kütləvi qətllər insanların qaçıb sığınmağa çalışdıqları kilsələrdə baş verib. 2016-cı ildə Ruandadakı katolik kilsəsi öz nümayəndələrinin soyqırımındakı iştirakına görə üzr istəmişdi. İndiyə qədər Kilsə rəsmən üzr istəməkdən imtina edirdi.

Qeyd edək ki, Ruanda dünyanın ən böyük almaz yataqlarına malikdir. 1994-cü ildə xarici qüvvələr yerli xalqın ölkənin sərvətlərinə sahiblənməsinin qarşısını almaq üçün dövlət çevrilişi və soyqırımı həyata keçirdilər (bu tale, təqribən elə həmin dövrdə bir başqa yeraltı sərvət ölkəsinin soyqırımı və daxili xaosa məruz qalmasını, ölkənin sərvətləri dünya şirkətləri arasında bölüşdürüldükdən sonra isə nisbi sabitliyin bərqərar olmasını xatırladır – red.).

Türkiyədə nəşr edilən “Yeni söz” qəzeti yazır ki, Türkiyənin dirilişi ilə birlikdə Afrika xalqlarının da son dövrdə dirçəlib öz haqqlarını tələb etməyə başlamalarından təşvişə düşən Vatikanın bu etirafı, bir gün onlara qarşı yönələ biləcək qəzəbin qarşısını almaq və onu zəiflətmək üçün strateji bir həmlədir.

Hurriyyet.org

 

15:44