“5G” şəbəkələri üçün marşrutlayıcı sınaqdan keçirilib

 

“Huawei” şirkəti “Slicing” (servis təbəqələrinə bölünmə) və “50GE Flexible Ethernet” (FlexE) texnologiyaları əsasında “5G” marşrutlayıcısının uğurlu sınağını keçirib. Söhbət telekommunikasiya texnologiyalarında ixtisaslaşan Avropa Şəbəkə Texnologiyalarının Test Mərkəzində (EANTC) aparılan tədqiqatdan gedir.

“50GE FlexE” texnologiyası əsasında “ATN” seriyalı marşrutlayıcıların sınaqları zamanı “50GE” işçi rejimləri və “Flexible Ethernet” texnologiyası əsasında şəbəkə servis təbəqələrinin bölünməsi, buraxılış qabiliyyətinin genişləndirilməsi və mühafizənin dəyişdirilməsi test edilib. Məlum olub ki, “50GE” interfeysləri bütün qiymətləndirmə göstəriciləri üzrə kommersiya tələblərinə tam uyğundur. Ümumilikdə sınaqlar “50GE FlexE” texnologiyalarının kommersiya istifadəsinə hazır olduğunu təsdiqləyib. “5G” mövcud “4G” şəbəkəsini əvəzləyəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə etmək mümkün olacaq. Milyardlarla qurğunun qoşulacağı şəbəkə məlumatların yüksək sürətlə ötürülməsini, yubanmanın azaldılmasını, eləcə də enerjidən qənaətli istifadəni təmin edəcək.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:38