57 yaşlı Nisə Əliyeva ailəsini mikroavtobus sürməklə dolandırır - VİDEO

8 Mart Beynəlxalq qadınlar günündə adətən onlara yad olan bir peşə ilə məşğul olan bir qadından xəbər verəcəyik. O, Tovuzda mikroavtobus sürücüsüdür.

Ailəsini sürücülük edərək dolandıran qadın bu gün də iş başında olub.

Nə cəsarətdə, nə də fərasətdə kişilərdən geri qalmır... Sürücülük edərək ailəsini saxlayır, özü də mikroavtobus sürməklə.

Söhbət Tovuzun Qovlar şəhərindən gedir. 57 yaşlı Nisə Əliyeva 8 ildir mikroavtobus sürücüsü kimi işləyir. Hər gün səhər saat 6-da evindən çıxan sürücü xanım axşam 9-a qədər sükan arxasında olur.

Nisə Əliyeva deyir ki, özü kimi mikroavtobus idarə edən xanım sürücü az tapılar. O, Beynəlxalq qadınlar günündə də iş başında olub.

Xanım sürücünü bu gün polislər saxlayıb. Ancaq qayda pozduğuna görə yox, bayramını təbrik etmək üçün.

Xudaferin.eu xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

23:50