4-cü Beynəlxalq Media Təhsili Proqramı öz işinə başladı

TRT-nin baş direktoru Şenol Göka Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət İdarəçiliyinin 15 iyuldakı çevriliş cəhdi gecəsində medianın çox əhəmiyyətli bir rol oynadığını qeyd edərək,Türkiyə mediasının medianın nə demək olduğunu göstərdiyini söylədi.

TRT-nin təşkil etdiyi 4-cü Beynəlxalq Media Təhsili Proqramı Antalyanın Bələk Turizm Bölgəsində öz işinə başladı. Proqramın ilk iclasında 15 iyul dövlət çevrilişi cəhdi gecəsi Türkiyədə baş verənlərlə bağlı 44 ölkədən gələn mətbuat nümayəndələrinə məlumat verən TRT baş direktoru 15 iyul gecəsində böyük fədakarlıq göstərərək vətəni düşmənə qarşı müdafiə etmək üçün alınan təyyarələrin, helikopterlərin, tankların bir qrup vətən xaini  terrorçu tərəfindən millətə qarşı istifadə edildiyini, lakin millətin də böyük bir cəsarət nümayiş etdirdiyini söylədi.
Göka: "Vətən və millət hissinə malik insanlar bütün bunları edə bilməz, xalqına silah qaldıra bilməz, bu qədər qəddar ola bilməzlər" dedi.
Çevriliş etmək istəyənlərin  assimilyasiyaya məruz qalmış şəxsiyyətləri olduqlarını vurğulayan Göka bunların hər hansı bir ölkə, mədəniyyət, din ayrı-seçkiliyi etmədən məqsədlərini həyata keçirə biləcək insanlarla dialoq qurduqlarını və sonda dövlət çevrilişinə cəhd göstərdiklərini dilə gətirdi.
TRT baş direktoru: "Bunlar zamanla  vətənsizləşdirildi və millətsizləşdirildi. Bunlar bir yerə aid olmadıqları üçün lazım gəldiyində dünyadakı hər kəsə qarşı çıxa biləcək bir ruha malikdirlər"ifadələrini istifadə etdi. Dövlət çevrilişi cəhdində bütün millətin bir araya gəldiyini, həyatları bahasına helikopterlərin, təyyarələrin qarşısında dayandıqlarını bildirən Göka çevriliş gecəsində medianın da çox əhəmiyyətli  bir rol oynadığını vurğuladı. Çevriliş cəhdi bəyannaməsi zorla oxudulan Tijen Karaş da çıxış edərək 15 iyul gecəsində yaşadıqlarından bəhs etdi.  Karaş o gecə özünün və yoldaşlarının böyük bir travma yaşadıqlarını, son 1-1,5 ayda  psixoloji dəstək aldığını bildirdi. 15 iyul gecəsi TRT-nin qarşısına gələn və yaralanan Həsən Hüseyn Çakır da yaşadıqlarını xarici jurnalistlərlə bölüşdü.
Çakır: "Hadisələri televiziya ekranlarında görüncə fərqli hisslər yaşadım. Həyat yoldaşım Ankarada deyildi. Onunla telefonla danışdım və ona vətəni xilas etmək üçün əlimdən gələni edəcəyimi dedim. Evimə çox yaxın məsafədə yerləşən TRT-yə qonşumla bərabər gəldik. Xainlər bizə atəş açdılar, uzaqlaşdırmağa çalışdılar, amma qorxmadıq. Sinəmdən vuruldum, əlimə qəlpələr girdi, bəzi çətinliklərim var, amma vətən sağ olsun" deyə danışdı.

TRT.TV

16:51