​3 May Türkçülük Günüdür - VİDEO

Bu gün 3 May Türkçülük Günüdür.

Xudaferin.eu xəbər verir ki, mayın 3-ü türk dünyasında Türkçülük Günü kimi qeyd olunur. Hər ilin bu günü bütün türklər türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Atsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsindən başlayan özünə dönüş gününü kimi qeyd edir.

Türkçülük bayramının keçirilməsinin tarixi 70 ildən çoxdur. Bu tarixi gün ilk dəfə 1945-ci il mayın 3-də Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

Xudaferin.eu
 

13:47