24 illik YAP iqtidarının ilk etirafı

 

Azərbaycanda illik inflyasiya 13 faizi keçib

 

Bu ilin yanvar-may aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8% bahalaşıb. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% artıb. Bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1% artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3% azalma qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artıb. O cümlədən, ərzaq məhsulları 17,8%, qeyri-ərzaq məhsulları 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 8,7% bahalaşıb. Apredə aylıq inflyasiya 0,2% təşkil edib.
Bütün bunlarla yanaşı, onu da bildirmək gərəkdir ki, 13 faizlik infliasiya həddi əslində hakimiyyətin rəsmi etirafı deməkdir. Ancaq, reallıqda bu rəqəm ən azından 30-40 faiz həddindədir. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycanın real iqtisadi göstəriciləri mütəxəssislərin də qeyd etdiyi kimi qarşıda daha dəhşətsaçan problemlərə səbəb olacaqdır.
 

RePost.Az

 

17:17