230 illik yazını oxuya bilənə 2 min avro mükafat veriləcək

Fransanın şimal qərbində Plougastel qəsəbəsində dəniz sahilindəki bir qayaya mismarla yazılan və bu günə qədər mahiyyəti anlaşılmayan yazının şifrəsinin açılması üçün 2 min avro mükafat qoyulub.
 
Xudaferin.eu xəbər verir ki, bir neçə il əvvəl kəşf edilən 230 illik yazı 20 sətirdən ibarətdir. Bretan bölgəsində yalnız dəniz suyunun çəkildiyi zamanlarda görünən yazıda bəziləri baş aşağı yazılmış normal fransız hərfləri ilə yanaşı, Skandinaviya tərzi hərflər də var.
 
Yazıda tək başa düşülən hissə fransız inqilabının bir neçə il əvvələ işarə edən 1786 və 1787-ci illərin tarixləridir. Yazıda ayrıca bir gəmi, gəmi sükanı və üzərində xaç işarəsi olan bir ürək şəkli də var.
 
Bəzi ekspertlər yazını yazan şəxsin yarı-cahil ola biləcəyini, bəziləri də həmin şəxs və ya şəxslərin eşitdikləri səsləri bu şəkildə yazıya keçirmiş ola biləcəklərini deyir. 
 
Yerli rəsmilər yazının sirrini ortaya çıxarmaq üçün dünya miqyasında tarixçilərdən və arxeoloqlardan kömək istəyir.
 
xudaferin.eu

00:14