22 minlik məcburi köçkünün adından 127 nəfər prezidentə müraciət etdi

Cəbrayıl rayonundan olan məcburi köçkünlər onların hüquqlarını pozan deputata görə tutuqlu olanların dərhal azadlığa buraxılmasını istəyirlər

Cəbrayıl rayonundan olan və Biləsuvarda məskunlaşan ağsaqqallar və ağbirçəklərdən ibarət bir qrup vətəndaş ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Müraciət 22 dekabr 2016-cı ildə Biləsuvarda məcburi köçkünlərlə polis arasında yaranmış insident zamanı saxlanılan 5 şəxsin əfv olunması ilə bağlıdır.

“Oğlum hadisədə iştirak etməyib”

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə yaşayan ağsaqqallar adından prezidentə müraciət ünvanlayan Cəbrayıl (Biləsuvar) rayonu 7 saylı qəsəbədə, 193 nömrəli evdə yaşayan Adil Rüstəm oğlu Quliyev “Cümhuriyət” qəzetinə bildirib ki, oğlu Cəlal Quliyev həmin aksiya iştirakçısı olmayıb, sadəcə hadisəni kənardan izləyib. Yəni, günahsız yerə həbs edilərək, 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılır: ”Mən prezidentə ağsaqqallar adından müraciət ünvanlamışam. Bilmək istəyirəm ki, oğlum niyə tutulub və həbs edilib?Aksiya bitdikdən sonra həbs edilən üç nəfər arasında oğlumu da aparıblar.Əsl aksiya iştirakçıları kənarda qalıb.Camaat dağılışandan sonra oğlumu və onunla bərabər digərlərini arxadan tutaraq həbs ediblər.Həbs edilənlərdən ikisi xəstə, biri isə Qarabağ əlili, prezident təqaüdçüsüdür.Oğlum İmişli xəstəxanasında ağciyər serrozu ilə qeydiyyatdadır.İllərdir ki, vərəm xəstəsidir.Cəbrayıl Rayon Məhkəməsindən bildirirlər ki, oğlum aksiyada xuliqanlığa yol verib.Guya hansısa polis əməkdaşına təzyiq edib, onu vurub.Oğlumun heç bir qanunsuzluğa yol vermədiyi, polisə təzyiq göstərmədiyi halda həbs edilməsini həzm edə bilmirəm.Ərazidəki bankomata pul çıxarmağa gedib və izdihamı görüb.Baxıb ki, polis əməkdaşları gözyaşardıcı qazla ora toplaşanları qovur.Sadəcə kənardan prosesi izləyib.Günahsız bir adamı niyə həbs ediblər?Bunu mənə izah etsinlər. Bir nəfər polis desin ki, uşağım hansısa polis əməkdaşını vurub. Polislərə təzyiq göstərənlər qalıb bir kənarda, əvəzində günahsız insanlar tutulub”.

“Məsələ ədalətlə həll olunmasa...”

Şikayətçi oğlunun səhhətinin ağır vəziyyətdə olduğunu vurğulayıb: “Oğlum dərmanla yaşayır. Hal-hazırda Şüvəlandakı təcridxanada saxlanılır, onunla görüşməyə də icazə verilmir. O, vaxtı-vaxtında dərmanlarını qəbul etməlidir. Həqiqətən də qəsəbənin işığı kəsilmişdi.İnsanların qazı, işığı, istiliyi yox idi.Neynəməli idilər, buna etiraz etməsinlər? Camaat işığın kəsilməsinə görə küçəyə çıxaraq etiraz edib.Əslində o hadisə qurama idi.Nə oldu ki, bu hadisədən sonra bir saniyə də olsun qəsəbədə işıq söndürülmür. Orada yaşayan sakinlərin işıq borcu olan 60 milyon manat dekabrın 7-8-nə qədər yığılmışdı.Niyə o vaxt yığılan pul bu haqq-hesabdan sonra, yəni, dekabrın 28-29-da ödənildi?Aydınlaşdırmaq istəyirəm ki, bu adamlar niyə tutulub? Orada iştirak edən polislər yaxşı bilirlər ki, onlarla üz-üzə kim çıxıb. Mən haqsız duruma etiraz edirəm.Əgər bu məsələ həllini tapmasa, Prezident Aparatı qarşısında etiraz aksiyası keçirəcəm.Qoy ailəlikcə bizi Azərbaycandan təxliyə etsinlər.Artıq bu ölkədə bizə yer yoxdur.Necə ki, Şahverdiyevlər ordadır, nəinki mənə, qəsəbədə yaşayanlara yer yoxdur”.

Adil Quliyevin prezidentə ünvanladığı müraciəti təqdim edirik:

“Cənab Prezident!
Sizi Cəbrayıl rayonunun Ağsaqqalları adından səmimi qəlbdən salamlayırıq, Sizə tutduğunuz çox çətin və özü qədər də şərəfli dövlət vəzifəsində uğurlar arzulayırıq. Cəbrayıl rayon Ağsaqqalları və ağbirçəkləri bildirir ki, 2003-cü ildə Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyini su basması ilə əlaqədar həmin gecə ümummilli lider şəxsən bizimlə birgə olaraq və birbaşa onun göstərişi nəticəsində heç bir layihə olmadan 6 qəsəbənin tikilməsinə sərəncam verdi. 2007-ci ildə Sizin sərəncamınız əsasında əlavə olaraq 5 qəsəbənin tikintisi başa çatdı. Bütün çadır şəhərcikləri ləğv edilərək qəsəbələrdə 20 minə yaxın əhali yerləşdirildi.Nəzərinizə çatdırmaq istəyirik ki, əvvəlki illərdə 11 qəsəbə salındı.Soyuq qış aylarında vətəndaşlarımız neft yanacağı ilə təmin olunurdu.2015-ci ildən etibarən neftin verilməsi dayandırıldı və bütün yük elektrik enerjisinin üzərinə düşməyə başladı. Dekabr 2016-cı il tarixində işıqların hər gün saatlarla sönməsi 22 dekabr və həmin gün işıqların ümumiyyətlə, yanmaması ilə əlaqədar əhalimiz dözməyərək etirazını bildirməyə başladı. Əvvəlki illərə nisbətdə bu qışın daha çox sərt keçməsi və yalnız elektrik enerjisindən istifadə bizlərə ayrılan limiti aşmağa gətirib çıxardı.Evdə yaşıllarımız, körpələrimiz, xəstələrimiz var və işıqların söndürülməsi, fasilələrlə verilməsi onlar üçün daha dözülməz hala gətirib çıxardı.Qazımız yox, odunumuz yox, neftimiz yox, odur ki, ancaq elektrik enerjisindən istifadə edirik. 22 dekabr 2016-cı il elektrik enerjisinə borcun yaranmasına görə əhalimizin evlərinə verilən elektrik xətlərini “Azərışıq” tamamən elektrik dirəklərindən ayırmağa başladı və bu da əhalimizin narazılığına gətirib çıxardı. Narazı kütlənin sözünü gəlib İcra Orqanına bildirməsinə polislər imkan vermədi və narazı kütlə daha da çoxalmağa başladı. Məlumunuz olsun ki, insidentin əsas səbəbi Cəbrayıl rayon polis şöbəsinin rəisi Araz Şahverdiyevin tutduğu mövqe oldu.Biləsuvar polislərini, İmişli polislərini öz polislərimizi hadisə yerinə toplamağa heç bir lüzum yox idi.Bu dinc şəkildə etiraz toplantısı idi.İnsanların məqsədi fikirlərini İcra orqanına çatdırmaqdan ibarət idi.Hadisənin qarşıdurmaya çevrilməsinə səbəb məhz Araz Şahverdiyev oldu.Dinc kütləni “dubinka” ilə vuraraq, söyüşlə təhqir edərək etiraz toplantısını polis və vətəndaş arasında qarşıdurmaya çevrilməsinə zəmin yaratdı. Məhz buna görə cavanlar hiddətlənərək qeyri-qanuni hərəkətlərə yol veriblər.Ağsaqqaları İcra Başçısı ilə görüşməyə qoymadılar.Münaqişənin bir səbəbi də budur.

Nəticədə beş nəfər:

1. Alməmmədov Gülağa Vəli oğlu-Qarabağ əlili
2. Quliyev Calal Ədil oğlu- vərəm xəstəsi
3. İsgəndərov İlkin Fizuli oğlu-yeni Ailə qurmuş
4. Fehruzlu Zaur Tərbiz oğlu-Yeni ailə qurmuş
5. Quliyev Ülvü Məhəmməd oğlu-Yeni ailə qurmuş günahsız yerə polis tərəfindən saxlanılıb.

Cənab prezident, bilirsiniz ki, Cəbrayıllılar tarix boyu dövlətə, dövlətçiliyə sadiq olub.Ümummilli lider Heydər Əliyevə və şəxsən sizə arxalanıb və həmişə sizinlə birgə olduğunu sübut edib və bundan sonra da sizinlə birgə addımlayacağıq.
Möhtərəm Prezident!
Siz həmişə məcburi köçkünlərin yanında olduğunuzu bəyan etmisiniz və humanist olduğunuzu bütün dünyaya sübut etmisiniz. Cəbrayıl rayon ağsaqqalları və ağbirçəkləri inanır ki, siz həmin o günahsız cavanların əziyyət çəkməsinə imkan verməyəcəksiniz. Ona görə də bütün əhalimiz adından minnətdarlığımızı bildiririk”.

1.Hacıyev Təbriz Fehruz oğlu
2.Əsədova Bədura Qurban qızı
3 Bayramova Afilə Məhəmməd qızı
4.Quliyev Məhəmməd Əşrəf oğlu
5.Məmmədova Nərminə Məmmədalı qızı
6.Alməmmədova Bəxtimə İsrail qızı
7.Salahov Malik Şahmar oğlu
8.Həsənov İsib Hüseyn oğlu
9.Əliyev Həmzə Mirzəli oğlu
10. İsmayılov Zahir Allahverdi oğlu
11. Həsənov Ağalar Həsən oğlu
12. Fətəliyev Ənvər Əkbər oğlu
13. Mirzəliyev Əsəd Mirzəli oğlu
14. Seydəliyev Rəsul Səməd oğlu
15. İbrahimov Telman İzzət oğlu
16. Hüseynova Məryəm Qasım qızı
17. Muradov Tapdıq İsaxan oğlu
18. Musayeva Əntiqə Muxtar qızı
19. İsmayılova Fatma İsmayıl qızı
20. Hüseynov Fehruz Maqsud oğlu
21. Qəhrəmanov Asif Məhəmməd oğlu
22. Ələkbərov İlyas Cəmil oğlu
23. Muradov Cümşüd Oruc oğlu
24. Ataşov Şirzad Şəmil oğlu
25. Hüseynova Fatma Əlkərəm qızı
26. Məhəmmədəliyev Məhərrəm Vəli oğlu
27. Həsənov Novruz Süleyman oğlu
28. Həsənov Süleyman Şərfalı oğlu
29. Quliyev İlhamə Əhməd qızı
30. Bayramov Təranə Məhəmmd qızı
31. İsgəndərova Lalə Zeynal qızı
32. Bayramov Behbid Vaqif oğlu
33. Bayramov Məhəmməd Behbud oğlu
34. İsgəndərova Mətanət Məhəmməd qızı
35. Təhməzov Osman Famil oğlu
36. Əliyeva Könül
37. İsgəndərova İradə Əhməd qızı
38. İsgəndərova Ülviyyə Fazil qızı
39. Fərzəliyev Namiq Həsən oğlu
40. Fərhadova Vəsilə
41. Əhmədova Gülü
42. Abbasova Əzizgül
43.Ağayeva Münəvvər
44. Abbasov Eldar Şəmşir oğlu
45. İsgəndərov Elşad Xələddin oğlu
46. Bayramova Sara Məhəmməd qızı
47. İsgəndərova Elnarə Vidadi qızı
48. İsgəndərova Xələddin Məhəmməd oğlu
49. Behbudova Şəfiqə
50. İsgəndərova Təranə Rafiq qızı
51. Mehtiyeva Gülnaz Cəmil qızı
52. Fərzəliyeva İradə
53. Qurbanov Firad Əlövsət oğlu
54. İsgəndərova Yeganə Vidadi qızı
55. Bayramova Nazilə Məhəmməd qızı
56. İsgəndərov Vidadi Balaca oğlu
57. Fəzəliyev Novruz
58. Qurbanova Sarıtel
59. İsgəndərova Gülnarə Füzuli qızı
60. Bayramova Adilə Məhəmməd qızı
61. Həsənova Ulduz Süleyman qızı
62. Əsədova Fatma Əliş qızı
63. Əsədov Rauf Qurban oğlu
64. İmanov Əhliman Həmzə oğlu
65. Ataşova Durna
66. Bəbirov Əli
67. Vəliyeva Gilə
68. Həsənov Səfəralı
69. Həsənov Sədaqət
70. İmanov Namiq Oruc oğlu
71. İsmayılov Murad camal oğlu
72. Vəliyev Akif
73. Vəliyeva Bənövşə
74. Əliyeva Gülzəndə
75. Hacıyeva Dilşad Aslan qızı
76. Hacıyeva Fəridə Vaqif qızı
77. Sadıqov Binnət Bəbir oğlu
78. Seydəliyev Səfər Səməd oğlu
79. Seydəliyeva Məsimə Aslan qızı
80. Məmmədağayeva Zöhrə Hüseyn qızı
81. İmanov İlkin Allahverdi oğlu
82. Xaneliyev Müzəffər Əmir oğlu
83. Səfərova Zərif Məmiş qızı
84. Bəhrəmov Novruz Məmməd oğlu
85. Balakişiyeva Telman Baloğlan oğlu
86.Allahverdiyev Xanoğlan İbad oğlu
87. Əsədov Ələkbər Məzahim oğlu
88. Həsənova Rəfiqə Cəmil qızı
89. Musayeva Çimnaz Musa qızı
90. Məmmədbağırov Məhəmməd Xanoğlan
91. İbrahimov Hidayət Telman oğlu
92. Həsənova Suraya Hüseyn qızı
93. Nəbiyev Kərəm Mustafa oğlu
94.Məmmədov Savalan Fərəc oğlu
95. İsmayılov Soltan Oruc oğlu
96. Bəhrəmov İlqar Novruz oğlu
97. Məhərrəmova Zaman Oruc oğlu
98. İsmayılov Savalan Oruc oğlu
99. Əsədov Arif Bəkir oğlu
100. İsmayılov Qarsalan Oruc oğlu
101. Məmmədov Əziz Aslan oğlu
102. Mirkişiyev Cəlil Cavad oğlu
103. Ağakişiyev Səbuhi Məhəmməd oğlu
104. QarayevYunus İsmayıl oğlu
105. İmanov Aqil Allahverdi oğlu
106. Əlimirzəyev Taleh Adil oğlu
107. Mahmudov Zülfüqar Nüsrət oğlu
108. Hüseynov Müzəffər İsbəndiyar oğlu
109. Hüseynov Həsən Müzəffər oğlu
110. Ağakişiyev Vüqar Əmirkişi oğlu
111. Əhmədova Nərgiz Əşrəf qızı
112. Zalov Ruslan Oruc oğlu
113.Seydəliyev İlqar Səməd oğlu
114. Əbilov Hafiz Əli oğlu
115. Mahmudov Polad Məhiyyəddin oğlu
116. İbrahimov İnşallah vaqif oğlu
117. Əliyev Əhməd Məmməd oğlu
118. Vəliyeva Güllü Həsən qızı
119. Orucov Ələddin Qurban oğlu
120. Balacayev Elşad Sirac oğlu
121. Qarayev Adil Yunus oğlu
122. Əliyeva Sahibə Əli qızı
123. Rüstəmov Ədalət Əhməd oğlu
124. Balacayev Şahverdi Cəlil oğlu
125. İsmayılova Səmaya Yunus qızı
126. Quliyeva Zöhrab Miriş oğlu
127. Quliyev Oruc Rüstəm oğlu

Alçina Amilqızı
Cebhe.info

12:59