2018-ci ildə informasiya texnologiyaları sahəsində qlobal xərclər 3,7 trilyona yaxınlaşacaq

 

2018-ci ildə informasiya texnologiyaları (IT) sahəsində qlobal xərclər 3,7 trilyon dollara yaxınlaşacaq ki, bu da 2017-ci ilə proqnozlaşdırılmış 3,5 trilyon dollarla müqayisədə 4,3 faiz daha çoxdur.

“Gartner” analitik şirkətinin qiymətləndirməsinə görə, korporativ proqram təminatı və IT xidmətlər seqmentində daha çox müsbət dinamika gözlənilir, amma qlobal IT xərclərinin ən böyük hissəsi rabitə xidmətlərinin payına düşəcək. Mütəxəssislər hesab edirlər ki, 2017-ci ildə korporativ proqram təminatına xərclər 8,5 faiz artaraq 354 milyard dollar təşkil edəcək. 2018-ci ildə bu göstərici 9,4 faiz artaraq 387 milyard dollar olacaq. Bu il IT xidmətlər seqmentində 4 faiz artım, gələn il isə 5,3 faiz artım proqnozlaşdırılır. 2017-ci ildə rabitə xidmətləri üzrə qlobal xərclər 0,9 faiz artaraq, 1,39 trilyon dollar təşkil etməlidir. 2018-ci ildə isə artım tempi 2,2 faiz çoxalaraq, 1,42 trilyon dollara bərabər olacaq.

Xudaferin.eu
“Avropa Bürosu”

09:44