2017-ci ildə Azərbaycanda inflyasiya 14% təşkil edəcək

 

Bu ilin yekununda Azərbaycanda inflyasiya 14% təşkil edəcək. Bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbəyov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsi sabit qalarsa və tariflər artırılmazsa, gələn il qiymət artımı 10% olacaq. Qeyd edək ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda qiymətlərin 9% artacağını proqnozlaşdırırdı.

N.Manapbəyov həmçinin qeyd edib ki, inflyasiyanın səviyyəsi nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 15% səviyyəsində saxlayıb: “AMB ədalətli olaraq uçot dərəcəsini azaltmayıb”.

Report.az

09:51