2016-cı ildə 31.1 milyon insan evindən didərgin düşüb

 

Didərginlərin Beynəlxalq Monitorinqi qrupunun bildirdiyinə görə, 2016-cı ildə 31.1 milyon insan münaqişələr, zorakılıqlar və təbii fəlakətlər səbəbi ilə evindən didərgin düşüb.

"2016-cı ildə hər iki adamdan biri ölkəsi daxilində məcburi köçkünə çevrilib. Beynəlxalq miqyasda isə didərgin düşmüş insanların sayı ikiqat artıb. Məsələ qlobal gündəmə çıxarılmalıdır" - deyə qrupun direktoru Jan Eqeland bildirib. 2016-cı ildə hər iki adamdan biri ölkəsi daxilində məcburi köçkünə çevrilib. Beynəlxalq miqyasda isə didərgin düşmüş insanların sayı ikiqat artıb. Digər ölkələrdən sığınacaq istəyib, qanuni status alanlar müəyyən hüquqlar və beynəlxalq mühafizə əldə edir. Bu insanlara leqal qaçqın status verilməsi onları leqallaşdırmır. Belə ki, onlar hələ də öz ölkələrinin yurisdiksiyasına tabedir.

Ötən ilin münaqişələri 6.9 milyon yeni qaçqın dalğası yaradıb. Bunların 2.6 milyonu Afrikanın Böyük Səhraaltı ölkələrinin payına düşür. Daşqınlar, tufanlar, yanğınlar kimi təbii fəlakətlər səbəbi ilə 24 milyon insan evindən didərgin düşüb.

"Ölkələrin daxilində insanların məcburi köçkünə çevrilməsi hazırkı qaçqın və miqrant böhranının diqqət mərkəzinə çıxması ilə kölgə altına düşüb. Lazımi dəstək və müdafiə olmasa, bu insanlar sabah beynəlxalq miqyasda sığınacaq axtaracaq."

Hesabatda deyilir ki, ötən il qaçqınların yerləşdirilməsinə böhranların qaynaqlandığı ölkələrdən daha artıq vəsait xərclənib.

Amerikaninsesi.org

13:16