150 cərrah ilk dəfə insan başı transplantasiyası əməliyyatı keçirəcək – FOTO

Dünyada ilk dəfə insan başı transplantasiyası əməliyyatı cari ilin dekabr ayına planlaşdırılıb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə The Merkle nəşri yazır.

Əməliyyatı italiyalı cərrah Sercio Kanavero həyata keçirəcək. O bildirib ki, bu əməliyyatı 30 il ərzində planlaşdırıb və hətta riskə getməyə hazır olan könüllünü də tapıb.

Kanaveronun ilk pasiyenti “Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı Valeri Spiridonovdur.

150 cərrahın iştirak edəcəyi əməliyyat 36 saat müddətinə planlaşdırılıb. 

Əməliyyatdan sonra V.Spiridonov 3-4 həftə müddətinə komada olacaq. 

Xudaferin.eu

14:00