12 Şəhrivər bəyannaməsinin və milli örqütləmənin 73-cü il dönümüdür

                           

Bu gün Azərbaycan Demokrat Firqəsinin 1945-ci ildə təsisini elan edən 12 Şəhrivər bəyannaməsinin 73-cü ildönümüdür.

Güney Azərbaycan Milli Hərəkatının bir sıra quruluş, təşkilat və şəxsiyyətlərinin 12 Şəhrivər (3 Sentyabr) münasibəti ilə bağlı ortaq bəyanat yayıb.

Bəyanatda deyilir:

“Əziz Azərbaycan Türk Milləti

Böyük öndər Seyid Cəfər Pişəvəri liderliyində qurulan Azərbaycan Demokrat Firqəsinin, 12 maddəlik quruluş bildirgəsinin 73-cü yayınlanma il dönümü olan 3 sentyabr gününü bir halda anırıq ki İran siyasi çərçivəsində zülm altında inləyən millətlər və o cümlədən Güney Azərbaycanda Türk Millətinin haqları hər sahədə tapdaq altında və Azərbaycan Milli Hərəkatının mübarizləri işgəncələrə və dustaqlara məhkum edilməkdədirlər. İranda tək məzhəb, tək dil, tək millət anlayışına əsaslanan sömürgəçilik və kimlik assimilyasiyasının çarxı, seçilməmiş və təhmil edilmiş bir zümrənin maraqları üçün sürətlə dönməkdədir və başda Azərbaycan Türk Milləti olmaqla bütün zülm altındaki millətlərin maraqları və qaynaqları İran dövləti və sözdə müxalifətin istibdadçı və istismarçı siyasətlərinin əsiridir.

Azərbaycan Demokrat Firqəsinin mütərəqqi və öncül bildirgəsinin yayınlanmasından yetmiş üç il ötməkdədir və başı uca amma məzlum Güney Azərbaycanda, Azərbaycan Milli Hökumətinin yıxılması və İslam Cümhuriyyəti başçıları və sözdə müxalifətin yalançılıq və düzənbazlığı artıq isbatlamışdır ki iki üzlü diktatorların Azərbaycan Türk Millətinin haqlı tələblərini qəbul etmək ehtimalı haradasa yoxdur. Bu səbəblə Güney Azərbaycanın siyasi gücləri tarixi təcrübələrdən yola çıxararaq və millətimiz tarixi varlığını təhdid edən, bölgəmizin kirtik şərtlərinin fərqində olmaqla, milli birlik və bərabərliklə “Azərbaycan Milli Hərəkatı”nın gəlişmə sürəcini tamamlamağa və Azərbaycan Türk Millətini güvən içində səadət sahilinə çıxarmağa qərarlıdırlar.

O qaranlıq illərdə 3 sentyabr bildirgəsi və Azərbaycan Demokrat Firqəsinin qurulması göstərdi ki Güney Azərbaycanda Türk Milləti öz tələblərini demokratik düşüncələrlə yoğurubdur; və görürük mərkəzi hökumətin diktatorluğu və inhisarçılığına rəğmən hələ də 12 Şəhrivərin mütərəqqi ruhu Azərbaycan Milli Hərəkatına hakimdir. Güney Azərbaycanda milli mücadilə, öz demokratik keçmişinə söykənərək; düşüncə və ifadə özgürlüğü və çoxulculuğu təməl alaraq və hər cür diktatorluq və inhisarçılıq zehniyyətindən uzaq duraraq öz yoluna davam edir.

3 sentyabr yetmiş üçüncü il dönümündə milli azadlıq yolunda canından olan bütün şəhidlərimizi sayğı ilə anaraq, Azərbaycan Milli Hərəkatının bütün siyasi məhbuslarının sərbəst buraxılmasını istəyirik.

Bu ortaq bəyanat, öz yerində, 12 Şəhrivər ruhunun davamı, gəlişməsi və milli qurtuluş mübarizəmizin başarı ilə sonuclanmasının tək sırrı olan, Güney Azərbaycanda Milli Hərəkat qüvvələrinin birlik və bərabərliyinə bir vurğudur. Güney Azərbaycanın azadlıq yolunda canından olan bütün şəhidlərimizin əziz xatirəsiylə

Yaşasın Azərbaycan Türk Milləti

Yaşasın Azərbaycan Milli Hərəkatı

10.09.2017

(Adlar əlifba sırasıyladır)

Quruluş və təşkilat imzaları:

1- Azərbaycan Milli Dirəniş Təşkilatı – AMDT

2- Azərbaycan Öyrənci Hərəkatı- AZOH

3- Dünya Azərbaycanlıları Konqresi- DAK

4- Güney Azərbaycan Demokrat Partiyası- GADP

5- Güney Azərbaycan İnsan Haqları Mərkəzi

6- Güney Azərbaycan İnsan Haqları Şurası (ABŞ)

7- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

8- Güney Azərbaycan Qurtuluş Partiyası

9- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP

10- Güney Azərbaycan Sosial Demokrat Partiyası

Şəxsiyyət imzaları:

1- Aslan Soltani

2- Babək Azad

3- Babək Bəxtavər

4- Cavad Derəxti

5- Duman Radmehr

6- Eldar Qaradağlı

7- Elyaz Yekanlı

8- Əli əsğər Həqdar

9- Əli Süleymani

10- Hadi Qaraçay

11- Haqan Türkelli

12- İsa Türkoğlu

13- Kazım Məhəmmədzadə

14- Said Saed

15- Simin Sabri

16- Şayan BorBor Qaşqayi

18- Şərifə Cəfəri

19- Taymaz Urmulu

20- Yunus Şamili
 

Xatırladaq ki, Güney Azərbaycanda 1945-1946-cı illərdəki milli-demokratik hərəkat tarixinə 3 sentyabr müraciətnaməsi kimi daxil olan bu sənəd əslində yeni yaranan Azərbaycan Demokrat Firqəsinin Fəaliyyət Proqramının tezisləri idi. Xalqa müraciət şəklində təqdim olunan bu sənəd S.C.Pişəvəri və azərbaycanlı millətsevər ziyalılar tərəfindən hazırlanmışdı. Bu bəyanat ardından Azərbaycanın güneyində türk milləti qıssa muddətdə örqütlənir və fars işğalçılarını 3 ay ərzində 11 dekabr (21 Azər) kimi Azərbaycan ərazilərindən çıxarır və milli dövlətini yaradır.

Xudaferin.eu
“Avropa Bürosu”

10:40