100 mindən çox məcburi köçkünün telefonu kəsildi

"Qaçqınkom" məcburi köçkünlərin aylıq telefon haqqını bundan sonra dövlətin ödəməyəcəyi haqda abonentlərə müraciət edib. Bir aya yaxındır belə bir müraciəti alan əksər məcburi köçkünlər gözləmə mövqeyi tuttaraq borclarını ödəmirdilər. Dünəndən etibarən borclu bütün abonentlərin telefonları kəsilib. Telefonlar kütləvi şəkildə xətdən çıxarılıb. Nəticədə paytaxtda və Sumqayıtda məcburi köçkünlərin yaşadığı yüz mindən çox evin telefonu kəsilib.

Qeyd edək ki, ikinci devalivasiyadan sonra, hökumət ölkənin dərin maliyyə böhranı içində olduğunu ciddi cəhdlə gizlətmək taktikası ilə hərəkət edir. Faktiki olaraq, ölkədə maliyyə böhranının yaşandığı bir məqamda “əlavə xərclərin azaldılması” taktikasına üz tutmaqla hökumət əlavə maliyyə xərclərini azaltmağa çalışır. Məcburi köçkünlərə edilən bütün növ güzəştlərin ləğvi istiqamətində atılan addımlar da bu zərurəti yaradıb. O zaman belə bir sual yaranır: “Əgər hökumət məcburi köçkünləri, ev-eşiklərindən 23 ildir məhrum qalan yüzminlərlə vətəndaşı öz torpaqlarına geri dönmək üçün zəruri addımları atmırsa, nədən illərdir məcburi köçkünlərin bütün sosial haqlarını üzərinə götürmüşdü?”

Xudaferin.eu  

17:13