10 minlərlə etirazçı 4 həftədir meydanlardadır

Ardıcıl olaraq dördüncü həftədir 10 minlərlə etirazçı Güney Koreyanın paytaxtı Seulun küçələrinə çıxaraq prezident Pak Kın Xenin istefasını istəyir. Güney Koreya liderinin rəfiqəsi Tsoy Sun Silin dövlət işlərinə qarışması səbəbilə baş tutan skandala görə prezident istefaya getməkdən imtina edir. Aksiya hələlik insidentsiz keçir, lakin küçələrə çoxlu sayda polis yerləşdirilib, avtobus və yük maşınları prezident sarayına gedən yolu bağlayıb. Pak Kın Xenin tərəfdarları eyni vaxtda kiçik aksiyalar keçirməyə hazırlaşır.

Qeyd edək ki, Güney Koreyanın prezidenti Pak Kın Xenin hakimiyyətdə olduğu indiki dönəmdə onun yaxınlıq etdiyi rəfiqəsi son zamanlar ölkənin sosial-iqtisadi və hətta siyasi proseslərinə belə, açıq şəkildə müdaxilə etməyə başlayıb. Güney Koreyanın demokratik müxalifəti bütün bunlara etiraz əlaməti olaraq, bütün tərəfdarlarını qanunsuz əməllərə qarşı mübarizəyə səsləyib. Beləliklə ölkənin tələbə hərəkatı da müxalifətə dəstək olaraq ayağa qalxmışdır. Ölkənin gündəmində olan bu olayı faktiki olaraq əhali də kəskin şəkildə qınamaq üçün müxalifətə dəstək verir. Müxalif mətbuat prezident  Pak Kın Xenin ailəsinin də dövlət işlərinə yerli-yersiz müdaxiləsini ifşa edən yazılarla əhalini bu siyasətin qarşısının alınması üçün nəinki bilgiləndirmək, hətta bütün bunlara etiraz etmək üçün mitinqlərə qatılmasına dəvət edir.

Xudaferin.eu

11:04