10 il həbs cəzası alan milli fəalın məhkəməsi keçiriləcək

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Siyamək Mirzəyinn qanunsuz olaraq İran mollakratiya rejmi tərəfindən tutuqlanması ilə bağlı ona 10 il həbs cəzası və 2 il müddətinə sürgün qərarı haqqında məhkəməyə appeliasiya şikayəti verilirb.
 

Bu məsələ ilə bağlı milli fəalın vəkili açıqlama verib. Onun sözlərinə görə, Siyamək Mirzəyinin qanunsuz yerə tutuqlanması haqqında açılan qondarma cinayət işi Tehran Appeliasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilib. Cinayət işi haqqındakı dosyaya hakim Zərgər baxacaq. Vəkil onu da bildirib ki, yeni məhkəmənin nə zaman keçiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı Siyamək Mirzəyi ötən ilin iyul ayının 21-də İran mollakratiya rejminin güvənlik gücləri tərəfindən Muğandakı iş yerində döyülərək tutuqlanmış və Tehranın “Evin” zindanına aparılıb. Bu həbsxana 1925-ci ildən bu yana paniranist və panfarsist rejimlərin antitürk cəza evi kimi daha çox məşhudur. Bununla yanaşı, İran adlı ölkədə ən dəhşətli işgəncələr məkanı kimi də tanınır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

05:12